Алфавит
Главный » Хит премьера » Nureddin Mehdixanli & Seyyid Taleh - Sevirik biz seni ALLAH

Nureddin Mehdixanli & Seyyid TalehSevirik biz seni ALLAH

+22
  • Просмотров:  
  • Размер: 6,65 MB
  • Длительность: 7:16
  • Качество: 128
  • Дата релиза: 9-05-2021, 07:23
Слушать
Скачать

Текст песни
Yaradıb aləmi bir kəlmə ilə gör necə Allah
Bu böyük qüdrətə mən şükr edirəm ey uca Allah

Elə bir gün gələcək əmr edəcək Xaliqi-Sübhan
O günü parçalanıb aləm olar yer ilə yeksan

Yaradıb aləmi Allah bəşərin haqqını versin
Yer üzün körpü edib bəndə üçün cənnətə getsin

Yaradan xəlq eləyir ruzi verir neməti sonsuz
Həmi o bəndələrə rəhm eləyir rəhməti sonsuz

Ananın bətninə sən övladını verdiyin andan
Uşağı sevmək üçün çün yaradırsan canı candan

Nə ola nəfsimizin istəyini məhv elə ya Rəbb
Məni və dostlarımı lütf edərək əfv elə ya Rəbb

Sənə mən zikr edirəm söyləmişəm aləmi zərdə
Günahım çəkməyə kaş qəlbdə olan sevgimə pərdə

Əl açıb zikr edirəm Allahı mən hər gecə yarı
Adını qəlbə salıb hək elədim mən bu şüarı

Deyirəm qüvvətu-lillah əzəmət sahibi Allah
Ola bilməz elə bir güc ki, çata Allaha-billah

Gecə gündüz səni təsbih eləsəm zikrim olar az
Nə qədər həmd eləsəm Tanrı mənim vəsfimə sığmaz

Oxu sən sureyi ixlası onun hikməti çoxdur
Özü Allahu-Əhəd həmdə Saməd bənzəri yoxdur

Nə ola qafil eşit dinlə məni eylə sən əzbər
Odu Sətdar odu Cəbbar odu Xaliq odu Əkbər

Odu Qüdrət odu Qüvvət odu Hikmət odu Rəhmət
Ona aid ola bilməz verəsən sən ona surət

Yaradıb çayları, dəryanı, ayı, ulduzu Rəhman
Bu nə hikmətdi verib aləmə o, zövq ilə səhman

Uca dağlarda gözəl gül-çiçəyə bir nəzər eylə
Ola bilməz elə bir qüvvə ki, xəlq eyliyə böylə

Bu Quran ayəsidir ki, bəzəyib cənnəti daş-qaş
O elə xəlq eləyir ki, ola bilməz belə nəqqaş

Günəşin çıxması bil hər açılan nurlu sabahdır
Bu gözəllikləri Vallah yaradan aləmə Şahdır

Mənə eşqin verib Allah bunu vəsf eyləmək olmaz
Elə bir sevgi verib ki, dil ilə söyləmək olmaz

Yaradan eşqini bil hək eləsə hansısa qəlbə
O kəsin cisminə Vallah olacaq qəlb evi Kəbə

Gecədən-sübhə qədər Xaliq ilə olmuşam həmdəm
Onu mən çox sevirəm qoy bunu bilsin bütün aləm

Biləsiz həşri günü kim olacaq Rövşənə zamin
Uca Allah həmi Qəyyum özü Rəhman adı Mumin
Комментарии
Добавить